İsrail Müdafiə Qüvvələri Qəzza şəhərində radikal “HƏMAS” hərəkatının qurucularından birini zərəsizləşdirib...
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusunun hava hücumu nəticəsində Qəzza şəhərinin Sabra bölgəsində HƏMAS-ın qurucularından biri Haham Məhəmməd İsa əl-İssaya öldürülüb.
O, 2023-cü il oktyabrın 7-dən əvvəl təşkilatda rəhbər vəzifələrdə çalışan və Qəzza zolağında qalan HƏMAS-ın sonuncu yüksək vəzifəli şəxslərindən biri olub. Həmçinin oktyabrın 7-də Qəzza zolağından İsrailin sərhəd şəhərlərinə hücumunun planlaşdırılmasında və həyata keçirilməsində mühüm rol oynayıb.
Poliqon.info