AZ

Qəzzada İsrail ordusunun 7 hərbçisi öldürüldü

BAKI, 25 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin (IDF) 7 əsgəri Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının bölmələrinə qarşı döyüş əməliyyatları zamanı həlak olub.

Teleqraf xəbər verir ki, Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində zirehli transportyorda baş verən partlayış nəticəsində 7 əsgər həlak olub, bir əsgər isə ağır yaralanıb. Onların hamısı Barak Briqadasının 605-ci Mühəndis Döyüş Batalyonunda xidmət edirdilər. Bununla da Yaxın Şərqdəki son münaqişə zamanı həlak olan İsrail əsgərlərinin sayı 878-ə çatıb.

Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının 2023-cü il oktyabrın 7-də Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin qətli və insanların girov götürülməsi ilə alovlanan münaqişə hələ də davam edir.

İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girovları azad etmək məqsədi ilə anklavda hərbi əməliyyat aparır.

Seçilən
102
14
teleqraf.com

5Mənbələr