AZ

16 yaşlı qızın xəstəxanada ölümünün TƏFƏRRÜATI

"İyunun 23-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, əməliyyatdan sonra xəstə tam ayılıb, adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və ona zəruri tibbi yardımlar göstərilib:

"İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:35-də pasiyentin ölüm faktı qeydə alınıb".

"Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Seçilən
6
4
yenisabah.az

10Mənbələr