AZ

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölümünün TƏFƏRRÜATI

ain.az, Pravda.az portalına istinadən məlumat yayır.

"İyunun 23-də Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 2009-cu il təvvəllüdlü (qadın cinsli) şəxs üzərində tonzillektomiya əməliyyatı icra olunub".

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, əməliyyatdan sonra xəstə tam ayılıb, adekvat vəziyyətdə Cərrahiyyə şöbəsinə yerləşdirilib və ona zəruri tibbi yardımlar göstərilib:

"İyunun 26-da pasiyentdə anidən qanaxma baş verib. Zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 17:35-də pasiyentin ölüm faktı qeydə alınıb".

"Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
4
pravda.az

10Mənbələr