AZ

Bu cütlüklərdə boşanma faizi çoxdur YENİ TƏDQİQAT

Sfera.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.

Sfera.az xəbər verir ki, qadınlar və kişilər mübahisə zamanı tamamilə fərqli davranırlar. Tədqiqat göstərir ki, qadınlar problemləri danışaraq həll etməyə çalışır və emosional yaxınlığı qorumağa üstünlük verirlər. Kişilər isə çox vaxt mübahisədən qaçır, məsələni öz içlərində həll etməyə çalışır və susqun qalırlar.

Mütəxəssislərin fikrincə, qadınların mübahisəyə “yumşaq başlanğıc” etməsi, yəni sakit və anlayışlı tərzdə mövzuya giriş etməsi boşanma riskini xeyli azaldır. Əksinə, kişilərin “daş divar” adlandırılan davranışı, yəni tam susqunluq və emosional uzaqlaşma isə münasibətləri gərginləşdirir. Araşdırmanın müəllifləri bildirir ki, konstruktiv ünsiyyət quran cütlüklərdə ayrılıq riski daha aşağı olur. Psixoloqlar münasibətlərdə açıq dialoqun və qarşılıqlı anlayışın vacibliyini xüsusi vurğulayırlar.

Fidan Hacızadə

Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
30
sfera.az

10Mənbələr