AZ

Bastrıkin Yekaterinburqda azərbaycanlılarla bağlı cinayət işinin istintaqına dair hesabat tələb etdi

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sverdlovsk vilayətində azərbaycanlılarla bağlı cinayət işinin istintaqı ilə əlaqədar vəziyyətlə bağlı hesabat tələb edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bastrıkin Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə rəhbəri vəzifəsini icra edən Andrey Nadbitova vəziyyətlə bağlı ətraflı məruzə hazırlamağı tapşırıb.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.

Seçilən
27
50
demokrat.az

10Mənbələr