AZ

Mahir “Kayzerslautern”də ilk oyuna çıxdı və qol vurdu

style='margin-bottom:10px;'>

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yeni komandası “Kayzerslauter”in (Almaniya) heyətində ilk matçına çıxıb.

QOL.az xəbər verir ki, 27 yaşlı futbolçu bu gün Lüksemburqun “Saar” klubuna qarşı yoxlama oyunun iştirakçısı olub.

Emreli əsas heyətdə yer alıb. O, ilk 45 dəqiqədə meydanda olub. İkinci hissədə isə almanların heyəti tamamilə dəyişib. Emreli ilk hissəsi 6:0 hesabı ilə yekunlaşan matçda komandasının 5-ci qolunu (43-cü dəqiqədə) vurub.

Matçın yekun nəticəsi isə 19:0 hesabı ilə “Kayzerslauter”in xeyrinə başa çatıb.

Qeyd edək ki, bu, “Kayzerslautern”in 2025/26 mövsümünə hazırlıq çərçivəsində ilk oyunu olub.

Seçilən
63
23
teleqraf.com

10Mənbələr