AZ

Eyrik Qranaas Martin Edeqorun rekordunu qırdı

Futbol üzrə Norveç milli çempionatının “Vikinq” – “Fredrikstad” oyunu qonaqların futbolçusu Eyrik Qranaas üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu görüşdə futbol üzrə Norveç milli çempionatında – Elitseriya tarxində ən gənc oyunçuya məxsus yaş rekordu yenilənib.

Elitseriyanın 10-cu turu çərçivəsində keçirilmiş və “Vikinq”in 3:0 hesablı qələbəsiylə yekunlaşmış oyunda “Fredrikstad”ın mərkəz yarımmüdafiəçisi Eyrik Qranaas 83-cü dəqiqədə əvəzetmədən meydana daxil olub. O, bu matçda debüt etməklə, Norveç futbolu tarxində meydana çıxmış ən gənc oyunçu ünvanına sahib olub. Debütü günündə Qranaas 15 yaşında 90 günlüyündə olub.

Qranaas daha əvvəl müvafiq göstəricidə rekord müəyyənləşdirmiş, hazırda “Arsenal”da çıxış edən, “topçular”ın kapitanı, 26 yaşlı norveçli hücumameylli yarımmüdafiəçi Martin Edeqorun rekordunu qırıb.

Xatırladaq ki, Edeqor müvafiq rekordunu “Strömsqodset”lə oyunda, 15 yaş 114 günlüyündə müəyyənləşdirmişdi.

Eyrik Qranaas futbola “Myöndalen”də qədəm qoyub və “Fredrikstad”la böyük futbolda debüt edib. Yeniyetmə futbolçu böyük futbolçda debüt mövsümünü keçirir. Qranaas “Fredrikstad”a cari ilin yanvar ayında qoşulub və “zadagənlar”la müqaviləsinin müddəti 2027-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.

Yeniyetmə futbolçu “Fredrikstad” üçün 9 oyun keçirib, 2 qol vurub.

Hazırda Qranaas “Fredrikstad”ın ikinci komandasına məxsusdur və cari ilin iyul ayının 1-də əsas komandaya keçiriləcək.

Seçilən
57
23
arena.az

10Mənbələr