AZ

Azərbaycandan Avstriyaya pul köçürmələri artıb, əks istiqamətdə azalıb

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan Avstriyaya fizikişəxslərin pul köçürmələrinin həcmi 1,464 milyon ABŞ dolları təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bugöstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 338 min ABŞdolları və ya 30% çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrindəAvstriyanın payı 1,3% təşkil edib.

Həmçinin, cari ilin ilk rübündə Avstriyadan Azərbaycana fizikişəxslərin pul köçürmələrinin həcmi 2,328 milyon ABŞ dolları olubki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 3,2milyon ABŞ dolları və ya 58% azalma deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrindəAvstriyanın payı 1% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan Avstriyaya fizikişəxslərin pul köçürmələrinin həcmi 1,126 milyon ABŞ dolları, əksistiqamətdə isə 5,548 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xariciölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrininhəcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilineyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dollarıvə ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycanafiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstəriciilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Seçilən
38
5
az.trend.az

10Mənbələr