Məlumata görə, hücum nəticəsində 4 ədəd “Su-34” təyyarəsinə və aerodromun texniki-istismar bölməsinə zərər dəyib. "Düşmənin aviasiya texnikasına dəymiş zərərin səviyyəsi və hücumun nəticələri dəqiqləşdirilir", - Baş Qərargah bəyan edib. Qeyd edək ki, “Su-34” təyyarələri Rusiyanın Ukrayna ərazilərinə raket-bomba zərbələri endirən əsas taktiki aviasiya təyyarələri hesab olunur. Rusiya Kosmik-Hava Qüvvələrində bu təyyarələr qırıcı-bombardmançı təyyarələr kimi təsnif edilir.