AZ

Ukrayna Rusiyanın Marinovka aviabazasına zərbə endirdi

Ukrayna Rusiyanın Volqoqrad vilayətində yerləşən taktiki aviasiya aerodromunda "Su-34" təyyarələrinə və döyüş təyyarələrinin təmir yerlərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində 4 ədəd “Su-34” təyyarəsinə və aerodromun texniki-istismar bölməsinə zərər dəyib.

"Düşmənin aviasiya texnikasına dəymiş zərərin səviyyəsi və hücumun nəticələri dəqiqləşdirilir", - Baş Qərargah bəyan edib.

Ətraflı
Ad - 00:06
Qeyd edək ki, “Su-34” təyyarələri Rusiyanın Ukrayna ərazilərinə raket-bomba zərbələri endirən əsas taktiki aviasiya təyyarələri hesab olunur. Rusiya Kosmik-Hava Qüvvələrində bu təyyarələr qırıcı-bombardmançı təyyarələr kimi təsnif edilir.
Seçilən
26
3
sherg.az

4Mənbələr