ain.az bildirir, News24 portalına istinadən.
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunun Demirtaş məhəlləsində zeytun ağaclarının olduğu açıq ərazidə yanğın baş verib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, daha sonra yanğın meşəyə və İsmetiye məhəlləsindəki evlərə sıçrayıb.
Ərazidən 100 nəfər təxliyə olunub. 14 nəfərin xilas edildiyi bildirilir. Xəsarət alan və ya ölən yoxdur.
Hadisə yerinə helikopterlər cəlb olunub. Həmçinin 14 yanğınsöndürən maşın, 139 nəfər yanğınsöndürən hadisə yerindədir.
Bundan əlavə Türkiyənin Sakarya şəhərində də meşəlik ərazidə güclü yanğın olub. Yanğın böyüyərək yaxınlıqdakı üç kənd və iki məhəlləyə doğru yayılıb. Ərazidəki evlər boşaldılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.