AZ

Türkiyənin iki şəhərində güclü YANĞIN - Helikopterlər havaya qalxdı

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunun Demirtaş məhəlləsində zeytun ağaclarının olduğu açıq ərazidə yanğın baş verib.

Publika.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, daha sonra yanğın meşəyə və İsmetiye məhəlləsindəki evlərə sıçrayıb.

Ərazidən 100 nəfər təxliyə olunub. 14 nəfərin xilas edildiyi bildirilir. Xəsarət alan və ya ölən yoxdur.

Hadisə yerinə helikopterlər cəlb olunub. Həmçinin 14 yanğınsöndürən maşın, 139 nəfər yanğınsöndürən hadisə yerindədir.

Seçilən
30
2
publika.az

3Mənbələr