AZ

Putin: Rusiya-Ukrayna təmasları davam edəcək, Moskva danışıqlara hazırdır

​BAKI, 27 iyun. TELEQRAF

"Moskva Kiyevlə yeni danışıqlar raunduna hazırdır və danışıqların yeri və vaxtının razılaşdırılması qalıb".

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Minskdə keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitinin yekunlarına dair çıxışında deyib

Putin danışıqların İstanbulda keçirilə biləcəyini deyib və vasitəçiliyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü ifadə edib:

"Danışıqlarda əsas müzakirə mövzusu Rusiya və Ukrayna arasında əvvəlki memorandumlar olacaq. Hər iki ölkənin danışıqlar üzrə nümayəndə heyətləri daimi təmasdadır və mütəmadi şəkildə bir-biri ilə əlaqə saxlayırlar".

Seçilən
40
32
teleqraf.com

10Mənbələr