"Real"ın futbolçusu Kilian Mbappenin yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.
Offsideplus.az xəbər verir ki, fransız hücumçu "Yuventus"a qarşı klublararası dünya çempionatının 1/8 final mərhələsi matçında hazır olacaq. Sözügedən qarşılaşma 1 iyul Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Qeyd edək ki, Kilian Mbappe iyunun 19-da mədə-bağırsaq infeksiyasına (gastroenterit) görə xəstəxanaya yerləşdirilmişdi. O, təxminən 5 kiloqrama yaxın çəki itirdiyi üçün fiziki formasını itirmiş və xüsusi məşqlər edirdi.
Mbappe bu müddətdə "Kral klubu"nun qrup mərhələsi çərçivəsində keçirdiyi 3 oyunu — "Əl Hilal" (1:1), "Paçuka" (3:1), "Zaltsburq"a (3:0) qarşı matçları buraxmışdı.