AZ

Baş nazir: “İlin sonunda Gürcüstandan Azərbaycan sərhədinə gedən magistral yolunun tikintisinə başlanılacaq”

Tbilisi, 27 iyun, AZƏRTAC

Gürcüstandan Azərbaycan sərhədinə gedən avtomobil yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Tikinti işlərinə bu ilin sonunda başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə hökumətin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabat çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, yolların inkişafı infrastruktur layihələrinin mühüm istiqamətlərindən biridir və onların sırasında yüksək sürətli avtomobil yolunun tikintisi xüsusi prioritetdir.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
13
50
azertag.az

10Mənbələr