AZ

WSJ: “Netanyahu hamını belə aldadıb” VİDEO

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az xəbər verir ki, İsrail və Amerika kəşfiyyatındakı mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşrinin yazdığına görə, hərbi əməliyyatların başlamasına bir neçə gün qalmış Netanyahu oğlunun toyunu iyunun 16-da qeyd etmək üçün məzuniyyətə getdiyini bildirib. Öz yeri və Təl-Əvivdə ümumi vəziyyətlə bağlı Tehranda yanlış fikir formalaşdırmaq üçün Netanyahu qəsdən bu addımı atıb. “İsrailin baş nazirinin oğlunun toyunu elan etməsi İranın iyunun 17-nə kimi zərbələr gözləməyəcəyinə hesablanıb.Netanyahunun qohumlarından heç biri, o cümlədən oğlu onun toyda əslində iştirak etməyəcəyini və döyüşlər səbəbindən onun təxirə salınmalı olduğunu bilmirdi”, - qəzetin dərc etdiyi materialda deyilir. Qeyd edək ki, bundan əvvəl Netanyahu bütün israillilərin İranla münaqişəyə görə əziyyət çəkdiyini bildirərək, ailəsinin də “öz qiymətini” ödədiyini söyləyib: oğlu Avner toyunu təxirə salmağa məcbur olub. Siyasətçi həyat yoldaşını da bu yükü daşıyan qəhrəman adlandırıb. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
azvision.az

10Mənbələr