AZ

Gənclər sosial şəbəkədə mübahisə etdilər, körpünün altında görüşüb... – TƏFƏRRÜAT

Bakının Nizami rayonunda iki gəncin sosial şəbəkədə mübahisəsi cinayətlə nəticələnib.
 
Moderator.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 6-da baş verib.
 
2006-cı il təvəllüdlü Masallı rayon sakini Vüsalla həmin gün saat 18 radələrində "Whatsapp" sosial şəbəkəsində tanış olduğu Tural mübahisəyə aydınlıq gətirilməsi üçün görüşməyə razılaşıblar.
 
Onlar "Koroğlu" metrostansiyasının yaxınlığında, körpünün alt hissəsində görüşüblər. Mübahisə zamanı Tural Vüsalı təhqir edib.
 
Vüsal Turalın ciblərindən siqaret və alışqanı çıxararaq kənara qoyduğunu, əlbəyaxa davaya hazırlaşdığını görüb, təpik və yumruqla onun üzünə, cənəsinə, eləcə də bədəninin digər yerlərtinə zərbələr vurub.
 
İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Turalla 2022-ci ildən "Whatsapp" qruplarının birində mütəmadi yazışaraq əlaqə saxlayıb: “Son vaxtlar aramızda mübahisələr olurdu. Vüsal ünvanıma nalayiq ifadələr işlətdi, qrupun digər iştirakçılarının şahidliyilə məni təhqir etdi. Bu səbəbdən mən də onu təhqir etdim”.
 
Vüsal qeyd edib ki, növbəti gün Tural ona zəng vurub, aralarında yaranan narazılığı aydınlşadırmaq üçün onu "Koroğlu" metrostansiyasının yaxınlığına görüşə dəvət edib:
 
"Görüş yerinə sosial şəbəkədən tanıdığım Sənan adlı bir tanışımla getdim. Parkda Tural məndən söydüyüm söyüşlərə görə üzr istəməyimi tələb elədi. Mən bundan imtina edəndə “gəl, səni başa salacam" dedi, məni yaxınlıqda olan körpünün altına apardı.
 
Yanımda olan Sənan və Turalla gəlmiş, adını bilmədiyim tanışı bizim dava edəcəyimizi başa düşdülər. Onlar bizdən ayrılaraq üzü metro istiqamətinə yollandılar. Körpünün altında Tural məndən yenə də üzr istəməyimi tələb etdi. Mən imtina etdikdə Tural nalayiq ifadələrlə məni təhqir etdi. Məni rahat şəkildə döymək üçün cibindəki əşyaları çıxardı və səkinin üzərinə qoydu.
 
Anladım ki, məni vuracaq. Onu qabaqladım və əşyalarını qoymaq üçün yerə əyilməsindən istifadə edərək əvvəlcə təpiklə üzündən, sonra isə yumruqla bir neçə dəfə sifətinin müxtəlif yerlərindən vurdum.
 
Həmin vaxt Turalı vurmasaydım, Tural mənə xəsarət yetirəcəkdi”.
 
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Seçilən
22
30
moderator.az

10Mənbələr