AZ

“Qalatasaray” “Sevilya”nın sabiq qapıçısını alır?

Yay transfer dönəmində heyətini yeniləməyə çalışan “Qalatasaray” əsas diqqətini qapı xəttinə yönəldib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi hazırda “Əl-Hilal”da forma geyinən mərakeşli qapıçı Yassin Bononu transfer etmək niyyətindədir. 34 yaşlı təcrübəli kiper “sarı-qırmızılılar”ın əsas hədəfi sayılır.

Futbolçunun transfer dəyərinin 7 milyon avro olduğu bildirilir.

Məlumata əsasən, Bono özü də “Qalatasaray”a keçidə müsbət yanaşır və bu transferin reallaşması mümkündür.

Fərid Nəsibov

Seçilən
38
50
idmanxeber.az

10Mənbələr