BAKI, 26 iyun. TELEQRAF
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla görüşüb.
Teleqraf Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-ya istinadən xəbər verir ki, görüşdə Suriyanın təhlükəsizliyi, sabitliyi və iqtisadi dirçəlişinə dəstək yolları müzakirə edilib .
Tərəflər paytaxt Ər-Riyadda danışıqlar aparıblar.
Görüşün məzmunu ilə bağlı əlavə məlumat verilməyib.