EN

"Barselona"nın prezidenti "Real"a sataşdı: Onların güc hissi var, bizim isə...

"Barselona"nın prezidenti Xuan Laporta "Real" ilə bağlı sərt açıqlama verib.

Publika.az xəbər verir ki, o, iki klubun transfer strategiyalarındakı fərqləri vurğulayıb:

"Real"ın güc hissi var, bizim isə azadlıq. Onlar futbolçularla müqavilə imzalamağa üstünlük verirlər, biz isə daha çox La Masiya yetirmələrinə güvənirik".

Xatırladaq ki, 2024/25 mövsümündə "Barselona" La Liqanın çempionu olub, həmçinin ölkə kuboku və superkubokunu qazanıb. "Real" isə mövsümü ikinci pillədə başa vurub.

Chosen
38
4
publika.az

10Sources