AZ

Mahirin transfer qiyməti artdı - 1 milyon avro

Almaniyanın tanınmış “Transfermarkt” portalı Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin transfer dəyərini yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl Almaniyanın 2-ci Bundesliqa təmsilçisi olan “Kayzerslautern”ə keçən 28 yaşlı hücumçunun qiyməti 200 min avro artıb.

Hazırda onun transfer dəyəri 1 milyon avro (təxminən 1,97 milyon manat) qiymətləndirilir.

Qeyd edək ki, Mahir Emreli başa çatan mövsümü “Nürnberq”də keçirmişdi.

Seçilən
6
7
qafqazinfo.az

10Mənbələr