AZ

Hücumlara cavabımız sərt olacaq - Xamenei

BAKI, TurkicWorld

İran lideri ABŞ-ı bir daha hədəf almaqla hədələyib.

TurkicWorld xəbər verir ki, İranın ali lideri Ayətullah Əli Xamenei İsrailin hücumları ilə başlayan gərginlikdən sonra uzun fasilədən sonra videomüraciətlə çıxış edib.

İran dövlət televiziyasında yayımlanan çıxışda Xamenei ABŞ-ın müharibəyə birbaşa müdaxiləsini tənqid edib və gələcək hücumlara qarşı sərt cavab veriləcəyini bəyan edib.

“Sionist rejim çökmək üzrədir və onu yalnız Amerika müharibəyə girərək xilas etməyə çalışdı. Amma bu müharibədən heç nə qazanmadı”, – deyə Xamenei bildirib. O həmçinin vurğulayıb ki, ABŞ İranın nüvə obyektlərinə hücum edib və bunun üçün beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.

“İslam Respublikası qalib gəldi və buna cavab olaraq Amerikanın mühüm Əl-Udeyd bazasına hücum etdi. Bu, kiçik deyil, böyük hadisədir”- deyə Xamenei İranın bu qarşıdurmada qalib gəldiyini iddia edərək deyib.

Ali lider eyni zamanda xəbərdarlıq edib ki, İran İslam Respublikasına qarşı ediləcək istənilən hücum, ABŞ-ın regiondakı bazalarının yenidən hədəfə alınması ilə cavablandırılacaq.

Qeyd edək ki, bu, İsrail-İran qarşıdurmasının davam etdiyi dövrdə Xameneinin verdiyi üçüncü açıqlamadır və Vaşinqton-Tehran münasibətlərində gərginliyin daha da artacağına dair siqnallar verir.

Seçilən
26
50
turkic.world

10Mənbələr