AZ

"Qarabağ"a tam heyətlə transfer olunan "Səbail"in baş məşqçisi ilə bağlı MARAQLI FAKT

Uşaq futbolunun tanınmış simalarından olan Ülvi Tanrıverdiyev növbəti mövsümdən etibarən “Qarabağ” Futbol Akademiyasında fəaliyyət göstərəcək.

Publika.az xəbər verir ki, peşəkar mütəxəssis əvvəllər futbolçusu olduğu klubla bu günlərdə müqavilə bağlayıb. Müqavilə 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. O, “Qarabağ”a baş məşqçilik etdiyi “Səbail”in U-12 komandası ilə birlikdə keçid edib.

Baş məşqçinin son iş yeri 2021-ci ildən etibarən “Səbail” Futbol Akademiyası olub. Ülvi Tanrıverdiyevin baş məşqçilik etdiyi “Səbail”in U-12 komandası 2024/25-ci il mövsümündə uğurla çıxış etmişdi. O, uşaq futbolunda sistemli oyun tətbiq edən nadir məşqçilərdən hesab olunur.

Qeyd edək ki, bir neçə gün öncə “Qarabağ” klubu “Səbail”in U-12 aşağı yaş qrupunun komandasını tam heyətlə – bütün oyunçular və məşqçilər daxil olmaqla öz akademiyasına transfer edib. Bu addım Azərbaycan futbol tarixində nadir və önəmli hadisə kimi qiymətləndirilir.

Seçilən
6
2
publika.az

3Mənbələr