AZ

“Qarabağ”a tam heyətlə transfer olunan “Səbail”in baş məşqçisi ilə bağlı MARAQLI FAKT

Uşaq futbolunun tanınmış simalarından olan Ülvi Tanrıverdiyev növbəti mövsümdən etibarən “Qarabağ” Futbol Akademiyasında fəaliyyət göstərəcək.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, peşəkar mütəxəssis əvvəllər futbolçusu olduğu klubla bu günlərdə müqavilə bağlayıb. Müqavilə 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək. O, “Qarabağ”a baş məşqçilik etdiyi “Səbail”in U-12 komandası ilə birlikdə keçid edib.

Baş məşqçinin son iş yeri 2021-ci ildən etibarən “Səbail” Futbol Akademiyası olub. Ülvi Tanrıverdiyevin baş məşqçilik etdiyi “Səbail”in U-12 komandası 2024/25-ci il mövsümündə uğurla çıxış etmişdi. O, uşaq futbolunda sistemli oyun tətbiq edən nadir məşqçilərdən hesab olunur.

Qeyd edək ki, bir neçə gün öncə “Qarabağ” klubu “Səbail”in U-12 aşağı yaş qrupunun komandasını tam heyətlə – bütün oyunçular və məşqçilər daxil olmaqla öz akademiyasına transfer edib. Bu addım Azərbaycan futbol tarixində nadir və önəmli hadisə kimi qiymətləndirilir.

KONKRET.az

 

Seçilən
9
2
konkret.az

3Mənbələr