“Neftçi” qapıçısı Emil Balayev ilə yeni müqavilə bağlayıb.
“İki sahil” xəbər verir ki, anlaşmaya görə, təcrübəli qolkiper 2026-cı ilin yayınadək “ağ-qara” formanı geyinəcək.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illərdə də paytaxt təmsilçisinin qapısını qorumuş Balayev 2023-cü ilin yayından komandada çıxış edir. O, millinin heyətində 14 oyun keçirib.