AZ

"Neftçi" Emil Balayev ilə yeni müqavilə imzalayıb

Bakı, 25 iyun, AZƏRTAC

“Neftçi” qapıçısı Emil Balayev ilə yeni müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, anlaşmaya görə, təcrübəli qolkiper 2026-cı ilin yayınadək “ağ-qara” formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan və 2011-2014-cü illərdə də paytaxt təmsilçisinin qapısını qorumuş Balayev 2023-cü ilin yayından komandada çıxış edir. O, millinin heyətində 14 oyun keçirib.

Seçilən
0
14
azertag.az

10Mənbələr