AZ

Azərbaycanda problemli kreditlərin məbləği 9 % artıb


Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 508,3 milyon manat təşkil edib. Bu göstərici, mayın 1-i ilə müqayisədə 1,1 % çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata əsasən, ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 13,2 %, son 1 ildə isə 9 % artıb. Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət aprelin sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il mayın sonuna isə 1,8 % olub.

Mətləb Salahov

Seçilən
5
11
baki-xeber.com

10Mənbələr