AZ

Qiyamçı keşiş Qalstanyan həbs edildi

Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib. Arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib.

"Cebheinfo.az" xəbər verir ki, Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məhkəmə Qarabağdan qovulan separatçı David Qalstanyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın da iki aylıq həbs-qətimkan tədbiri seçilməsinə dair vəsatəti təmin edib.

Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.

Dünən səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs mübarizə” hərəkatı tərəfdarlarının evlərində axtarışlar aparıblar. Onlar arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da axtarışlar həyata keçiriblər, bundan sonra o, saxlanılıb.

Bundan əlavə, "Daşnaksütyun" Partiyasının üzvü İqor Sarkisyanın, Vardan Avaqyanın, Artaşes Hunanyan və Varazdat Amiraqyanın evlərində axtarışlar aparıldığı bildirilib.

"Dirçələn Ermənistan" Partiyasının sədri Vahe Akopyanın evində də axtarış aparılıb. Onun həyat yoldaşı saxlanılıb.

İstintaq Komitəsi “Müqəddəs mübarizə” iştirakçılarının və təşkilatçılarının Ermənistanda terror aktları törətməyi planlaşdırdığı barədə bəyanat yayıb. Hazırlıqlara müxtəlif şəxslərin, o cümlədən keçmiş polis zabitlərinin və hərbçilərin cəlb olunduğu iddia edilir. İstintaq Komitəsi bir sıra səs yazılarını da dərc edib.

“Cebheinfo.az”

Seçilən
4
5
cebheinfo.az

6Mənbələr