Məhkəmə “Müqəddəs Mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib. O, iki ay müddətinə həbs edilib. Daha əvvəl bildirilmişdi ki, məhkəmə qondarma “Artsax” Milli Assambleyasının “deputat”ı David Qalstanyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi, Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın iki aylıq müddətə həbs edilməsi barədə vəsatəti təmin edib. Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib. Dünən səhər tezdən hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs Mübarizə” hərəkatı tərəfdarlarının evlərində axtarışlar aparıblar.
Bundan başqasəhər saatlarında Daşnaksütyun partiyası üzvləri İqor Sarkisyanın, Vardan Avaqyanın, Artaşes Hunanyan və Varazdat Amiraqyanın evlərindəaxtarışlar aparıldığını bildirib. Ermənistan Dirçəliş Partiyasının sədri Vahe Akopyanın evində də axtarış aparılıb. Onun həyat yoldaşı saxlanılıb. İstintaq Komitəsi “Müqəddəs mübarizə” iştirakçılarının və təşkilatçılarının Ermənistanda terror aktları törətməyi planlaşdırdığı barədə bəyanat yayıb. Hazırlıqlara müxtəlif şəxslərin, o cümlədən keçmiş polis zabitlərinin və hərbçilərin cəlb olunduğu iddia edilir.
Surxay Əliyev