AZ

Səfər Əbiyev HARALARDADI...

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Modern.az saytında “...haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.Əməkdaşımız sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin harada olduğunu öyrənməyə çalışıb.Rubrikamızın keçmiş müdafiə nazirini gündəmə gətirməsi təsadüf deyil. Çünki bu gün 26 İyun - Silahlı Qüvvələr Günüdür.Son vaxtlar mətbuatda eks-müdafiə naziri ilə bağlı xeyli təsdiqlənməmiş xəbərlər yazılır. Bu xəbərlərin içində onun xaricə çıxıb getdiyi barədə iddialar da yer alır.

Təəssüf ki, Səfər Əbiyevlə əlaqə saxlayıb özünü danışdıra bilmədik. Eks-müdafiə naziri telefon zəngimizə cavab vermədi.Səfər Əbiyevin yaxın dostları saytımıza bildirdilər ki, onun xaricdə olduğu barədə xəbərlər həqiqət deyil, eks-nazir hazırda Bakıda yaşayır və səhhəti də qaydasındadır. Dostları Səfər Əbiyevin mətbuata danışmaq istəmədiyini söylədilər.Səfər Axundbala oğlu Əbiyev 1950-ci ilin 27 yanvarında doğulub.1971-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M.Frunze adına Hərbi Akademiyanı bitirib. 1971-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində xidmət edib. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin 1-ci müavini, müdafiə naziri vəzifəsinin icraçısı  vəzifələrində çalışıb. 1995-ci ildə Azərbaycan Respublikasının müdafiə naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.Eks-nazirin iki oğlu var.General-polkovnik S.Əbiyev 1995-ci ildə "Azərbaycan Bayrağı", 2003-cü ildə “Azərbaycan Bayrağı", 2010-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub.A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
modern.az

10Mənbələr