AZ

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə törədilmiş qətllə bağlı iki nəfər saxlanıldı

TBİLİSİ, 26 iyun. TELEQRAF

Gürcüstanın Laqodexi rayonunda qəsdən adam öldürmə ittihamı ilə iki nəfər saxlanılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs ötən gün azərbaycanlıların yaşadığı Qabal kəndinin bazarında mağaza sahiblərindən biri 1975-ci il təvəllüdlü F.A. adlı şəxsi odlu silahla qətlə yetirərək hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılarkən ölüb.

Faktla bağlı istintaq tədbirləri aparılır. Saxlanılan şəxsləri 15 ilədək həbs cəzası gözləyir.

Seçilən
42
37
teleqraf.com

10Mənbələr