AZ

Siyəzəndə qadın paraşütlə atlanarkən qayaya çırpılaraq ölüb

Xaçmaz, 7 iyul, Elxan Yusifli, AZƏRTAC

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılan şəxs ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda yaşayan 1989-cu il təvəllüdlü Məcidova Nuranə Tofiq qızı dağın zirvəsindən paraşüt ilə uçan zaman küləyin istiqamətini düzgün tənzimləməyərək, idarəetməni itirdiyindən qayalıqlara çırpılaraq ölüb.

Faktla əlaqədar əməliyyat-istintaq qrupu və rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Məcidova Nuranə Tofiq qızının cəsədi müayinə olunması üçün aidiyyatı üzrə Şabran Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
17
12
azertag.az

10Mənbələr