TBİLİSİ, 26 iyun. TELEQRAF
Gürcüstanın Laqodexi rayonunda qəsdən adam öldürmə ittihamı ilə iki nəfər saxlanılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs ötən gün azərbaycanlıların yaşadığı Qabal kəndinin bazarında mağaza sahiblərindən biri 1975-ci il təvəllüdlü F.A. adlı şəxsi odlu silahla qətlə yetirərək hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılarkən ölüb.
Faktla bağlı istintaq tədbirləri aparılır. Saxlanılan şəxsləri 15 ilədək həbs cəzası gözləyir.