Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.
Publika.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə qulluqçuların yürüşləri başlayıb.
Yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.
Yürüşlər Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi;
- Şəhidlər xiyabanı - "Alov Qüllələri" kompleksi - metronun "İçərişəhər" stansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;