AZ

Silahlı Qüvvələr Günündə Gəncədə hərbçilərin təntənəli yürüşü keçirilir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 26 iyun, Vüsalə Cənnətova, AZƏRTAC

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar bu dəqiqələrdə Gəncədə hərbi orkestrin müşayiəti ilə hərbçilərin təntənəli yürüşü başlayıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 26 İyun - Silahlı Qüvvələr Günündə qalib Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanır.

Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edərək Atatürk prospektində yekunlaşacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
9
azertag.az

10Mənbələr