Amerika silahlı qüvvələri İranın nüvə obyektlərini məhv edib və onların mümkün bərpası illər çəkə bilər.
AzPost –un mlumatına görə, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard X sosial hesabında bildirib.
“Yeni kəşfiyyat məlumatları prezidentin dəfələrlə dediklərini təsdiqləyir: İranın nüvə obyektləri dağıdılıb. Əgər iranlılar onları yenidən inşa etsələr, bu, çox güman ki, illər çəkəcək”, – deyə o yazıb.
Ağ evin mətbuat katibi Kerolayn Livit isə bildirib ki, ABŞ zərbə endirməzdən əvvəl İranın nüvə obyektlərindən uran çıxara bildiyini göstərən heç bir kəşfiyyat məlumatına malik deyil.
“Sizə deyə bilərəm ki, Birləşmiş Ştatlar zənginləşdirilmiş uranın zərbədən əvvəl köçürüldüyünə dair heç bir məlumata malik deyil. Şənbə gecəsi zərbələrin uğurlu olması səbəbindən dağıntılar altında basdırılıb”, – deyə o qeyd edib.