İyunun 21-də Bakıda keçirilmiş Döyüş Gecəsində UFC-də debüt edən Tofiq Musayevə at hədiyyə olunub. 

Offsideplus.az xəbər verir ki, bu barədə 35 yaşlı döyüşçü sosial şəbəkə hesabında paylaşım edib. 

"At – gücün, azadlığın və sədaqətin rəmzidir. Qədim döyüşçülər bu nəcib varlıqlarla savaş meydanlarına çıxar, qürurlarını, inamlarını, yollarını onlara etibar edərdi.bu, bir etimad, bir simvoldur. Səssizdir, amma hər addımında bir tarix, bir ruh danışır.Bu dəyərli və şərəfli hədiyyə üçün dərin təşəkkürümü bildirirəm", deyə o hədiyyə üçün minnətdarlığını bildirib.

Qeyd edək ki, T.Musayev Bakıda keçirilən Döyüş Gecəsində qırğızıstanlı idmançı Mıktıbek Orolbaya uduzmuşdu.