ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
“Barselona”nın hücumçusu Ansu Fati "Monako"ya keçir.
QOL.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
İspaniyalı futbolçu maliyyə səbəblərinə görə klubla olan müqaviləsini 2028-ci ilə qədər uzadacaq. Daha sonra o, “Monako”ya satınalma hüququ ilə icarəyə veriləcək.
İcarə müqaviləsinin dəyəri €11 milyon təşkil edə bilər. “Barselona” eyni zamanda geri satınalma bəndi də əlavə edəcək. Gənc futbolçunu geri almaq istədikdə, Kataloniya klubu €28 milyon ödəməli olacaq. Lakin bu məbləğ danışıqlar zamanı dəyişə bilər.
Bildirlir ki, Fati iyunun 28-də Fransada tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Ansu Fati başa çatan mövümdə La Liqada cəmi 6 oyunda iştirak edib və məhsuldar fəaliyyət göstərməyib. 2023/2024 mövsümündə isə “Brayton”da icarədə çıxış etsə də, əsas heyətdə yerini möhkəmlədə bilməyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.