Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Nərgiz Əliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesində 60 bal toplayaraq maksimum nəticə əldə edib.
Bakıvaxtı.az-ın məlumatına görə, o, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimidir.
Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur./Report