AZ

Gəncədə biologiya müəllimi sertifikasiya imtahanından maksimum bal topladı

Yenisabah portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Nərgiz Əliyeva təhsilverənlərin sertifikatlaşdırılması prosesində 60 bal toplayaraq maksimum nəticə əldə edib.

"Report"un Qərb bürosunun məlumatına görə, o, Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimidir.

Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
12
yenisabah.az

10Mənbələr