AZ

Zəhra Süleymanova imtahanda maksimum nəticə göstərdi -

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Zəhra Süleymanova 60 bal toplamaqla maksimum nəticə əldə edib.Metbuat.az-ın məlumatına görə, Zəhra Süleymanova İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbində Biologiya müəllimi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur.

Seçilən
0
12
metbuat.az

10Mənbələr