AZ

Zəhra Süleymanova imtahanda maksimum nəticə göstərdi FOTO

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Zəhra Süleymanova 60 bal toplamaqla maksimum nəticə əldə edib.

Metbuat.az-ın məlumatına görə, Zəhra Süleymanova İsmət Qayıbov adına Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbində Biologiya müəllimi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, təhsilverənlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
26
metbuat.az

10Mənbələr