AZ

Böyük Britaniya ABŞ-dan nüvə gücünə malik F-35 təyyarələri alır

Böyük Britaniya ABŞ-dan ondan çox F-35 tipli döyüş təyyarəsi almağa hazırlaşır.

Musavat.com xəbər verir ki, Sky News-un yaydığı məlumata görə, bu təyyarələrin nüvə silahı daşımaq imkanları var.

Mənbə bildirir ki, bu, 1990-cı illərdən bəri ilk dəfə olaraq Kral Hərbi Hava Qüvvələrinin nüvə başlıqları daşımaq imkanına malik təyyarələrlə təchiz olunması deməkdir.

Yeni baş nazir Keir Starmer hökumətinin bu addımı təhlükəsizlik sahəsində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Alınacaq F-35 təyyarələrinin sayı azı 12 ədəd olacaq. Lakin onların nə vaxt tədarük olunacağı hələlik açıqlanmayıb. 

 

Musavat.com

Seçilən
0
7
musavat.com

10Mənbələr