AZ

NATO sammitində Britaniya yeni nüvə dövrünü elan edəcək

BAKI, TurkicWorld

İngiltərə Baş Nazirliyi ölkənin nüvə başlıqlı raketlər daşıya bilən 12 ədəd F-35 döyüş təyyarəsi alacağını açıqlayıb.

TurkicWorld xəbər verir ki, bu qərar NATO çərçivəsində hazırda yalnız sualtı qayıqlarla məhdudlaşan nüvə çəkindirmə qabiliyyətinə havadan da dəstək verəcək.

Baş nazir Keir Starmer bu gün Haaqada keçiriləcək NATO sammitində bu investisiyanı elan edəcək. “Bu, bir nəsildə Böyük Britaniyanın ən böyük nüvə enerjisi artımı olacaq və ölkəmizin NATO missiyasındakı iştirakını gücləndirəcək”- deyə o bildirib.

“İkili təyinatlı F-35 döyüş təyyarələri Kral Hərbi Hava Qüvvələri üçün yeni bir dövr açacaq və Böyük Britaniya ilə müttəfiqlərimizi qarşıda duran təhdidlərə qarşı qoruyacaq” - deyə o əlavə edib.

NATO-nun baş katibi Mark Rutte bu qərarı “Britaniyanın NATO-ya yeni və güclü töhfəsi” kimi qiymətləndirib.

Xatırladaq ki, Soyuq Müharibə sonrası Britaniyanın nüvə çəkindirməsi Kral Donanmasının nüvə başlıqlı sualtı qayıqları ilə məhdudlaşmışdı.
“Avropada taktiki nüvə silahlarına marağın azalması təhlükənin müvəqqəti azalması ilə bağlı idi, indi isə bu ehtiyac yenidən yaranıb”- deyə Fransız Beynəlxalq Münasibətlər İnstitutunun nüvə eksperti Héloise Fayet bildirib. Fayet əlavə edib ki, bu addım “NATO-nun Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda çəkindirici gücünü artırmaq cəhdidir”.

F-35A təyyarələri ABŞ istehsalıdır və həm adi, həm də nüvə başlıqları daşımaq qabiliyyətinə malikdir. İngiltərə hazırda istifadə etdiyi F-35B modelindən fərqli olaraq, F-35A döyüş təyyarələrini uzun müddətdir almaq istəyirdi. Qırıcılar ölkənin şərqində yerləşən Marham hava bazasında yerləşdiriləcək.

Seçilən
2
7
turkic.world

10Mənbələr