AZ

"Atletiko" Conni Kardozo ilə razılığa gəlib

"Betis"in dayaq yarımmüdafiəçisi Conni Kardozo karyerasını "Atletiko Madrid" klubunda davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 23 yaşlı futbolçunun transferi üçün tərəflər tam razılıq əldə ediblər. Madrid təmsilçisi bu keçidə 30 milyon avrodan çox vəsait ayıracaq.

Amerikalı futbolçu "Atletiko" ilə 5 illik müqavilə imzalayacağı bildirilir.

Tərəflər arasında son detalların bu gün yekunlaşdırılması gözlənilir. Ardınca futbolçunun yeni komandasına qoşulacağı qeyd olunur.

Qeyd edək ki, "Betis" Kardozonu 2024-cü ilin yanvarında Braziliyanın "İnternasional" klubundan cəmi 6 milyon avroya transfer etmişdi. O vaxtdan bəri yarımmüdafiəçi 65 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Seçilən
42
50
90deqiqe.az

10Mənbələr