Arxiyepiskop Baqrat Qalstanyana qarşı terror aktı hazırlamaq, kütləvi iğtişaşlar təşkil etmək və hakimiyyəti zorla ələ keçirməyə cəhd etmək ittihamı irəli sürülüb.
Xezerxeber.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Sergey Arutyunyan bildirib.
"Arxiyepiskop Baqrata qarşı cinayət işi açılıb və terrorizm, kütləvi iğtişaşlar, hakimiyyəti ələ keçirməyə hazırlıq maddələri üzrə ittiham irəli sürülür. O saxlanılıb və böyük ehtimalla, həbsi ilə bağlı vəsatət qaldırılacaq”, - vəkil qeyd edib.