EN

Qalstanyan terror aktı hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunur

Arxiyepiskop Baqrat Qalstanyana qarşı terror aktı hazırlamaq, kütləvi iğtişaşlar təşkil etmək və hakimiyyəti zorla ələ keçirməyə cəhd etmək ittihamı irəli sürülüb.

Xezerxeber.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Sergey Arutyunyan bildirib.

"Arxiyepiskop Baqrata qarşı cinayət işi açılıb və terrorizm, kütləvi iğtişaşlar, hakimiyyəti ələ keçirməyə hazırlıq maddələri üzrə ittiham irəli sürülür. O saxlanılıb və böyük ehtimalla, həbsi ilə bağlı vəsatət qaldırılacaq”, - vəkil qeyd edib.

Chosen
21
xezerxeber.az

1Sources