Yay fəsli yeni başlayıb və havalar tədricən isinməkdədir. Paytaxt sakinləri və şəhər qonaqları artıq dəniz kənarında istirahət üçün uyğun məkanlar axtarmağa başlayıblar.
Vətəninfo.az xəbər verir ki, Bakı ətrafında bir neçə ərazidə fəaliyyət göstərən pulsuz ictimai çimərliklər istirahətini təbiət qoynunda keçirmək istəyənlər üçün əlverişli seçimdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın müxtəlif qəsəbələrində uzun müddət baxımsız vəziyyətdə qalmış sahilyanı ərazilər abadlaşdırılıb və çimərlik zonasına çevrilərək ictimai istifadəyə açılıb.
Bu çimərliklərdə giriş tamamilə ödənişsizdir. Həmçinin oturacaq, kölgəlik, tullantı qutusu və digər infrastruktur imkanlarından pulsuz istifadə etmək mümkündür.
Pulsuz çimərliklər və marşrut xətləri:
Sahil Çimərliyi
Yerləşdiyi Qəsəbə: Lökbatan
Gediş Yolları: 149, 164 nömrəli marşrut
Buzovna Çimərliyi
Yerləşdiyi Qəsəbə: Buzovna
Gediş Yolları: 107 nömrəli marşrut
Novxanı Çimərliyi
Yerləşdiyi Qəsəbə: Novxanı
Gediş Yolları: 123 nömrəli marşrut
Görədil Çimərliyi
Yerləşdiyi Qəsəbə: Görədil
Gediş Yolları: 108A marşrut
Pirşağı Çimərliyi
Yerləşdiyi Qəsəbə: Pirşağı
Gediş Yolları: 173A, 173B, 179 nömrəli marşrutlar
Şıx Çimərliyi
Yerləşdiyi Rayon: Səbail
Gediş Yolları: 72,120A, 125,149, 205 marşrutlar.
Digər çimərliklər və marşrut xətləri:
Mərdəkan çimərliyi
Yerləşdiyi Qəsəbə: Mərdəkan
Gediş Yolları: 141 nömrəli marşrutlar
Şüvəlan çimərliyi
Yerləşdiyi Qəsəbə: Şüvəlan
Gediş Yolları: 143 nömrəli marşrutlar
Bilgəh və Nardaran (Sea Breeze istirahət mərkəzi) çimərlikləri
Yerləşdiyi Qəsəbə: Bilgəh və Nardaran
Gediş Yolları: 144 nömrəli marşrutlar
Bilgəh çimərliyi
Yerləşdiyi Qəsəbə: Bilgəh
Gediş Yolları: 150, 172 nömrəli marşrut
Nardaran çimərliyi (Sea Breeze istirahət mərkəzi)
Yerləşdiyi Qəsəbə: Nardaran
Gediş Yolları: 177 nömrəli marşrut
Zirə çimərliyi
Yerləşdiyi Qəsəbə: Zirə
Gediş Yolları: 180 nömrəli marşrut (BAKU.WS)