AZ

Millinin baş məşqçisi: Beynəlxalq oyunlarda da iştirak lazımdır

BAKI, 25 iyun. TELEQRAF

"Millinin qarşıda rəsmi oyunları olmasa da, bu boşluğu doldurmaq üçün imkanlar axtaracağıq".

Teleqraf xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Yevgeni Kukseviç təyinatı ilə bağlı federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib..

O, yığmada işləməyin böyük məsuliyyət və şərəf olduğunu söyləyib:

"Komandanı formalaşdırmaq üçün çox iş görməliyik. İşləri elə qurmalıyıq ki, millinin özəyini təşkil edən futzalçılar “Araz-Naxçıvan”da da yer alsınlar və daim nəzarətimizdə olsunlar. Onların inkişafı çox vacibdir. Tək məşqlərdə yox, beynəlxalq oyunlarda da iştirak lazımdır”.

Qeyd edək ki, Yevgeni Kukseviç və fiziki hazırlıq üzrə məşqçi Aleksey Kudlayla 1 illik müqavilə imzalanıb.

Seçilən
34
50
teleqraf.com

10Mənbələr